Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:14

Bakıda növbəti Frankofoniya Günləri keçirilir


-
Azərbaycandakı Fransız İnstitutu hər il Bakıda Frankofoniya Günləri keçirir.

İnstitutdan AzadlıqRadiosuna verilən xəbərə görə, builki Frankofoniya günləri martın 23-dən 29-dək davam edəcək.

Artıq Frankofoniya Günləri çərçivəsində tamaşa və videosərgi nümayiş olunub, eləcə də, XX yüzilin məşhur fransız yazıçısı Albert Camus-nun 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Azərbaycandakı Fransız İnstitutu Frankofoniya Həftəsi çərçivəsində daha 3 tədbir keçirəcəyini bildirir.

Bu axşam saat 19-da qadın hüquqları barədə İsveçrə filminin («Mətbəxdən parlamentə») nümayişi olacaq.

Şənbə günü saat 14:00-də fransız dilində imla müsabiqəsi və qaliblərin mükafatlandırılması mərasimi keçiriləcək.

Elə həmin gün Belçika filminin nümayişi və fransızdilli ölkələrin məhsullarının dequstasiyası ilə Frankofoniya həftəsinin bağlanışı da gerçəkləşdiriləcək.

Azərbaycandakı Fransız İnstitutu hamını bu tədbirlərə dəvət edir.
XS
SM
MD
LG