Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:57

Xalq artisti Tariyel Qasımovun 75 yaşı qeyd ediləcək


Tariyel Qasımov
Tariyel Qasımov
-
Aprelin 1-də saat 19:00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Xalq Artisti Tariyel Qasımovun 75 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək.

Teatrdan AzadlıqRadiosuna verilən xəbərə görə, yubiley tədbirinə qatılan mədəniyyət və incəsənət xadimləri Tariyel Qasımovun yaradıcılığı, yüksək insani keyfiyyətləri barədə fikirlərini bölüşəcəklər.

Mərasimdə yubilyarın rol aldığı filmlərdən fraqmentlər nümayiş etdiriləcək.

Tariyel Qasımov 1939-cu il fevralın 4-də Ağstafa rayonunun Köçəsgər kəndində doğulub.

1964-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunun «dram və kino aktyorluğu» fakültəsini bitirib.

Həmin il oktyabrın 1-dən (müəyyən fasilələrlə) Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorudur.

Onun ifa etdiyi Cəlal, Bəxtiyar («Komsomol poeması»), Söhrab («Söhrab və Rüstəm»), Zaur («Yadındamı»), Pərviz («Sən nə üçün yaşayırsan»), Kazım («Məhəbbət novellası»), Məşədi Əzizbəyov («26 Bakı komissarı»), Polkovnik («Kiçik torpaqda üç gün»), Zərbəliyev Səbzəli («Məhəbbət, şeytan və lambada»), Salahov («Sevirdim, çox sevirdim»), Qədim («Büllur sarayda»), Həsənzadə («Sən həmişə mənimləsən»), Nihad («Pələng ili») və digər rollar istedadlı aktyorun rəngarəng obrazlar qalereyasını formalaşdırıb.

Xəbərdə vurğulanır ki, həmin gün teatrın foyesində tanınmış aktyorun ifa etdiyi tamaşa və filmlərdən ibarət fotosərgi də nümayiş etdiriləcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG