Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:25

Bakıda britaniyalı heykəltəraş Antony Cragg-in fərdi sərgisi açılır


Anthony Cragg
Anthony Cragg
-
Aprelin 9-da Heydər Əliyev Mərkəzində dünya müasir incəsənətinin görkəmli nümayəndələrindən biri, məşhur böyük britaniyalı heykəltəraş Anthony Cragg-in fərdi sərgisi açılacaq.

Heydər Əliyev Mərkəzinin yaydığı xəbərə görə, bu sərgi Anthony Cragg Studiyası ilə birgə əməkdaşlıq layihəsi çərçivəsində təşkil olunub.

Avqustun 31-dək davam edəcək ekspozisiyada müəllifin 28 əsəri sərgilənəcək.

Anthony Cragg-in 1949-cu il aprelin 9-da Böyük Britaniyanın Liverpul şəhərində doğulub.
1966-68-ci illərdə Milli Kauçuk İstehsalı Tədqiqat Assosiasiyasında texnik işləyib.

Sənətin sirlərini Çeltnem şəhərindəki Qlosterşir İncəsənət Kollecində öyrənməyə başlayan Anthony Cragg daha sonra Uimbildon İncəsənət Məktəbində, Kral İncəsənət Kollecində təhsil alıb.

1977-ci ildən Almaniyanın Vuppertal şəhərinə köçüb və sərgilər düzənləməyə başlayıb.
Hazırda o, Düsseldorf İncəsənət Akademiyasının rektorudur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG