Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:30
-
AZƏRBAYCAN MÜXALİFƏTİ PUTİNDƏN QORXUR?

“Yeni Müsavat”: V.Putin

V.Putin

“Bu gün Azərbaycan ictimai rəyində Rusiyaya ümid yeri kimi baxanlar az deyil. İnsanları anlamaq olar. Son 20 il ərzində Azərbaycanda baş verən qanunsuzluqlar, rüşvətxorluq, məmur özbaşınalığı o həddə çatıb ki, yüz minlərlə vətəndaş bu hakimiyyətin zülmündən xilas olmaq üçün kimi desən dəstəkləməyə hazırdırlar. Lakin mövcud hakimiyyəti daha əcaib bir qüvvənin əvəzləmə perspektivinə də seyrçi qalmaq yanlış olardı.

Bütün həyatlarını Azərbaycanın müstəqilliyinə həsr edən qüvvələr rus general-qubernatoru tərəfindən idarə edilməyə razı ola bilməzlər. Hakimiyyət dəyişməlidir. Bu, demokratiyanın tələbidir. Lakin iqtidara buna mənəvi haqqı çatan qüvvələr gəlməlidir.
Rus desantının nəfəsinin hiss edildiyi bir zamanda milli-demokratik qüvvələrin xalqı etirazlara səsləməsi və bunun fonunda iqtidara yalnız milli qüvvələrin gələ bilməsini nümayiş etdirməsi son dərəcə vacibdir. Əks təqdirdə, rus işğalının ilk qurbanları elə milli qüvvələr özləri olacaqlar...”

ABBAS ABBASOVUN İLHAM ƏLİYEV MƏHƏBBƏTİ

“Azadlıq” qəzeti:

Ata-oğul Əliyevlərin dövründə düz 13 il baş nazirin birinci müavini kimi mühüm postda çalışan Abbas Abbasov. Onun “İstiqlal” ordeni də var...

Vəzifədən gedəndən Moskvada yaşayan keçmiş məmurun üç gündür ki, mətbuatda silsilə müsahibələri yayılır. Uzun müsahibələrin az qala, hər abzasında Abbas Abbasov İlham Əliyevə biət edir. Gah Heydər Əliyevə, gah İlham Əliyevə sadiq olduğunu, dünya dağılsa da sədaqətini qoruyacağını bəyan edir, arabir “İlham Əliyev mənim qardaşım, dostumdur” deyir. Olsun. Maraqlı olan isə bu adamın gileyləridir.

Adam şikayətlənir ki, ömrünün 15 ilini Azərbaycana verib, indi isə ondan düşmən obrazı yaradırlar. “Azərbaycanda 3-4 adam mənim düşmən obrazımı yaratmağa çalışır. Mənsə öz xalqıma, dövlətimə və İlham Əliyevə heç vaxt düşmən olmayacağam”, - deyə fəryad qoparır Abbas müəllim. Sonra təklif edir ki, ona qarşı hücuma keçənlər bundansa öz potensial və imkanlarından Azərbaycan xalqının rifahı üçün istifadə etsinlər.

Və müsahibənin qızıl yeri; Abbasov açıq deyir ki, istefadan sonra xaricə getməyinin əsas səbəbi ölkədə - Azərbaycanda özünü, ailəsini dolandırmaq imkanının olmamasıdır. Keçmiş məmur əminliklə öz bacarığını da öyür, deyir ki, qabiliyyətli adamdır, Türkiyədə, Moskvada biznes qurub, pul qazanır. Indi isə bizdə sual yaranır: Abbas müəllim, Anadolu türkləri demiş, bu nə pəhriz, bu nə tutma?!

22 İL SONRA NÖVBƏTİ MƏCBURİ KÖÇKÜNLÜK

“Bizim yol” qəzeti:

Sahil qəsəbəsində məskunlaşan köçkünlər yenidən sürgün həyatı yaşayacaqlarından narahatdırlar. Bakının Qaradağ rayonunun Sahil qəsəbəsində məskunlaşan bir qrup məcburi köçkün prezident İlham Əliyevin xanımı Mehriban Əliyevaya və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) sədri Əli Həsənova müraciət ünvanlayıb.

Müraciətlərində köçkünlər xahiş ediblər ki, hökumət onları başqa yerə köçürməsin, 22 ildir məskunlaşdıqları Sahil qəsəbəsində ev tikib yerləşdirsinlər.
Məktubun müəllifi Xasay Zeynalovla görüşdük.

Laçın rayonundan məcburi köçkün olan X.Zeynalov 1992-ci ildən ailəsi ilə birlikdə Sahil qəsəbəsində məskunlaşıb. 75 yaşlı həkim söhbətimizə şəkərdən şikayətlə başlayır. Deyir, şəkərin sıradan çıxartmadığı bir orqanı yoxdur. Vaxtilə Laçın rayonunda təcili yardımda işləyib. Şikayətlənir ki, kimin əmisi, dayısı varsa, işində qalıb, pulunu alır, kiminki yoxdursa onun kimi evdə oturur. Vaxtilə işinin peşəkarı olsa da, bir tərəfdən köçkünlük, o biri tərəfdən xəstəlik və işsizlik bütün bildiklərini ona unutdurub. Sanki heç vaxt həkim işləməyib...

MİLLİ TƏHLÜKƏSİZLİYİMİZ ETİBARLI ƏLLƏRDƏDİR

“Azərbaycan” qəzetində milli təhlükəsizlik naziri, general-polkovnik Eldar Mahmudovun yazısı dərc olunub. Eldar Mahmudov

Eldar Mahmudov

“Bu gün Milli Təhlükəsizlik Nazirliyi inkişaf dövrünü yaşayır. Həm peşəkarlıq artır, eyni zamanda, Milli Təhlükəsizlik Nazirliyi tərəfindən xoşagəlməz halların aşkar edilməsinə və qarşısının alınmasına baxmayaraq, əfsuslar olsun ki, onların sayı artır. Bu da təbiidir. Çünki ölkəmiz inkişafdadır. Azərbaycan müstəqil siyasət aparır. Bu, heç də bütün xarici dairələrin ürəyincə deyildir...

Ölkəmizi təhlükələrdən qorumaq üçün Milli Təhlükəsizlik Nazirliyi çox uğurla, peşəkarlıqla çalışır. Əminəm ki, bu səviyyə gələcəkdə də təmin ediləcəkdir. Milli təhlükəsizlik orqanlarının əməkdaşları vətənpərvər, öz Vətəninə, Azərbaycanın müstəqilliyinə bağlı olan insanlardır. Bu gün Milli Təhlükəsizlik Nazirliyi öz üzərinə düşən funksiyaları çox şərəflə, ləyaqətlə yerinə yetirir.

Transmilli mütəşəkkil cinayətkarlıq və onun ən təhlükəli formalarından olan narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə digər mühüm fəaliyyət istiqamətidir. Narkobiznesdən əldə edilən gəlirlərin müxtəlif transmilli cinayətlərin, xüsusən də, terrorçuluğun maliyyələşdirilməsinə və törədilməsinə yönəldilməsi, habelə milli genofonda vurduğu zərər onun təhlükəlilik dərəcəsini daha da artırır.

Müstəqillik illəri ərzində, xüsusən də, son 10 ildə milli təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən tonlarla narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılmışdır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG