Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:45

«Birləşmiş Ştatlar İsmayıllı məhkəməsindən dərin təəssüf keçirir»


ABŞ-ın ATƏT-dəki Missiyasının rəhbəri Səfir Daniel B. Baer
ABŞ-ın ATƏT-dəki Missiyasının rəhbəri Səfir Daniel B. Baer
-
Birləşmiş Ştatlar İsmayıllı hadisələrinə dair məhkəmə prosesindən dərin təəssüf keçirir. Bu barədə martın 27-də ABŞ-ın ATƏT-dəki Missiyasının rəhbəri Səfir Daniel B. Baer bəyanat yayıb.

Martın 17-də Respublikaçı Alternativ (REAL) hərəkatının lideri İlqar Məmmədov və Müsavat partiyası başqanının müavini Tofiq Yaqubluya ötən il yanvarın 23-24-də baş vermiş İsmayıllı hadisələrinə görə uzun müddətli həbs cəzası kəsilib.

CİDDİ POZUNTULAR

“Məhkəmə prosesindən öncə və proses zamanı Birləşmiş Ştatlar Azərbaycan rəsmilərini bütün səviyyələrdə – həmçinin ATƏT-in Daimi Şurasında – təqsirləndirilənlərin açıq və ədalətli məhkəmə prosesini təmin etməyə çağırıb. Azərbaycan hökumətinin ABŞ və beynəlxalq müşahidəçiləri məhkəmə prosesini izləməyə icazə verməsini alqışladıq, ancaq həm ABŞ, həm də digər müşahidəçiləri şahid ifadələri və məhkəmə prosesində ciddi pozuntuların şahidi olublar”.

“Hökumətim Azərbaycan hökumətini çağırır ki, ATƏT-lə işləyərək bu qurum qarşısındakı ifadə, dinc toplaşma və birləşmə azadlıqlarına dair öhdəliklərini yerinə yetirsin. Azərbaycan hökumətini ATƏT-in Layihə Koordinatorunun ölkə ərazisində bütün sahələrdə və cəmiyyətin tam spektri ilə davamlı işini təmin etməyə çağırırıq,” bəyanatda belə deyilir.
XS
SM
MD
LG