Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:07

​Moldovada Dnestryanı həyəcanı



Moldovanın avropayönlü baş naziri Iurie Leanca Dnestryanı bölgədən “bir sıra təxribatlara” görə xəbərdarlıq edib. Leanca cümə axşamı bildirib ki, Rusiyanın Krımı anneksiya etməsi Moldovanın separatçı bölgəsində “ümidlər yaratmış ola bilər”. NATO da bu bölgəni Rusiya üçün növbəti hədəf müəyyənləşdirib.

Leanca Moldova məktəblərinə, sərhəd ərazilərdə fermerlərə təzyiqləri, bölgədəki Rusiya hərbçilərinin təlimlərini misal gətirib.

Dnestryanı 1990-cı ildə Moldovadan müstəqilliyini elan edib. 1992-ci ildə qısamüddətli müharibə Rusiya ordusunun Dnestryanıya hərbi müdaxiləsi ilə bitib. Moldovanın xarici işlər nazirliyi cümə axşamı bildirib ki, ABŞ Dövlət Katibinin Avropa və Avrasiya Məsələləri üzrə köməkçisi Victoria Nuland martın 30-da Kişinyova birgünlük səfərə gələcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG