Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:33
Britaniya kraliçası Yelizavetanın nəvəsi, şahzadə Harri Qazaxıstana səfər dəvətini qəbul etdiyi üçün tənqid olunur.

Xizək sürmək, yerli təamlardan dadmaq üçün dəbdəbəli səfəri neft-qazla zəngin Qazaxıstan Respublikasının avtoritar prezidenti Nursultan Nazarbayevin yaxın adamı təşkil edib.

Ötən həftə 29 yaşlı Harry, sevgilisi Cressida Bonas ilə birgə Qazaxıstana 4 günlük səfər edib.

Səfəri maliyyələşdirən türkiyəli biznesmen , tikinti maqnatı Burak Oymen dəbdəbəli əmlak inşası ilə məşğul olan Serzhan Zhumashov ilə tərəfdaşdır. Onların hər ikisi Qazaxıstan prezidentinə yaxın adam sayılırlar.

Kral Sarayı şahzadənin səfərinin “özəl” olduğunu bildirərək burada bir qəbahət görmədiyini qeyd edib.

“Amnesty International” beynəlxalq hüquq müdafiə təşkilatı isə bildirir ki, şahzadə bu səfəri ilə Qazaxıstanın insan haqlarını ən kobud şəkildə pozması reallığına göz yumub.

Günün bütün mövzuları

XS
SM
MD
LG