Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:50

Kafkadan "Hökm", "Gündəliklər"...


-

"Qanun" nəşriyyatı məşhur Avstriya yazıçısı Frans Kafkanın «Hökm», «Çevrilmə» kimi novellaları, eləcə də pritçalarından ibarət kitabını çap edib.

Kitaba «Gündəliklər»indən və çex jurnalisti Qustav Yanouxla söhbətlərindən parçalar da daxil edilib.

“Hökm” novellası şəxsi faciədən, müəllifin məruz qaldığı çıxılmaz durumdan bəhs edir: Ata ilə düşmənçilik, Oğulun nişanlanması və bununla bağlı ümidlər (təsadüfi deyil ki, Kafka bu əsəri nişanlısı Felitsa Bauerə ithaf edib), zorakı sonluq. Bu cür sonluq Kafkanın şüurunda öz işartısını daim göstərib.

Xəstə ata Georqa ölüm hökmü kəsir, o da tərəddüd etmədən özünü çaya atır. Oğul o səbəbdən cəzaya məhkum edilir ki, o evlənmək, bununla da nəslin başçısını patriarx hüququndan məhrum etmək fikrinə düşüb. Ancaq çıxarılan hökmün gözlənilməz motivi də var: Ata – Peterburqda qərar tutan, həyatda və işgüzar mühitdə bəxti gətirməyən Dostun tərəfini saxlayır. Burada Dost – Kafkanın mənəvi dünyasını, Georq isə Kafkanın simasında atasının görmək istədiyi «şəhərli oğul» obrazını təcəssüm etdirir.

«Çevrilmə» novellası da metafora baxımından zəngin və çoxmənalı əsərdir: burda az qala, hər cümləni yüz yerə yozub yüz nəticə çıxarmaq mümkündür. Ancaq bir məsələ tam şübhəsizdir: itaətkar oğulu – üzüyola qulluqçunu əcaib həşərata çevirib onu doğma ailə mühitinə atmaqla Kafka biganəliyin, fərdin faciəvi və sonsuz tənhalığının gerçək surətini yaratmışdır.

Tərcümə: Mahir N.Qarayev

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG