Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:44

AFFA Ermənistanla bağlı etirazını bildirib


-
Azərbaycan Futbol Federasiyası Assosiasiyası - AFFA işğal altında olan Azərbaycan ərazilərində Ermənistan Futbol Federasiyasının təşkilatçılığı ilə məşqçi kursu keçirilməsinə etirazını bildirib.

Etiraz qarşı tərəfə bildirilib, bu haqda UEFA-ya məlumat verilib.

AFFA-nın saytının yaydığı məlumatda deyilir ki, “UEFA-nın Konqresində iştirak etmək üçün Qazaxıstanın Astana şəhərində səfərdə olan AFFA-nın baş katibi Elxan Məmmədov UEFA nümayəndələrinə bu barədə məlumat verməklə EFF-nın Azərbaycan ərazisində məşqçi kursları keçirməsindən narazılığını ifadə edib. E.Məmmədov həmçinin Ermənistan Futbol Federasiyasının baş katibi ilə də görüşərək AFFA-nın narazılığını bildirib. EFF rəsmisi keçirilən məşqçi kursunun beynəlxalq status daşımadığını deyib və AFFA-nın narazılığının nəzərə alınacağını qeyd edib”.

AFFA 2008-ci ildə UEFA-nın B və A məşqçi kursları konvensiyasına, 2 il sonra isə Pro konvensiyasına qoşulub. Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan ərazisində C, B, A və Pro kurslarını təşkil etmək səlahiyyəti yalnız AFFA-ya məxsusdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG