Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:37
Ukrayna bəyan edib ki, Yerevanın BMT-nin Baş Assambleyasında Krımın Rusiyaya birləşdirilməsi ilə bağlı səsvermədə neçə hərəkət etməsindən aslı olmayaraq onunla diplomatik münasibətləri saxlayacaq.Ukraynanın Yerevandakı səfirliyinin sözçüsü İhor Roman bildirib ki, Kiyevin geri çağırdığı səfir İvan Kukhta gələn həftə Yerevana qayıdacaq.

Ermənistan Xarici İşlər Nazirliyinin rəsmisi çərşənbə günü Azadlıq Radiosuna bildirib ki, Yerevan BMT-də keçiriləcək səsvermədə bitərəf qalacaq.

Ermənistan prezidenti Serzh Sarkisianla Rusiya prezidenti Vladimir Putin ötən həftə telefon söhbəti zamanı Krımın Rusiyaya biləşdirilməsini xalqların öz müqəddaratını təyin etmə haqqı kimi qəbul etdiklərinə görə, Kiyev Yerevandakı səfirini geri çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG