Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:28
Azərbaycan uzun illər öz enerji ehtiyatları - nefti, qazı ilə öyünüb. Amma belə görünür, Bakının ən azı nefti ilə öyünə biləcəyi zamanlar arxada qalmaqdadır.

2011-ci ildən bu yana Azərbaycanda neft hasilatı kəskin düşməkdədir. İqtisadçı ekspertlər çoxdan həyəcan qaldırırlar ki, ölkə iqtisadiyyatı neftsiz dövrə hazır olmalıdır.

Düzdür, hökumət rəsmiləri neftdən kənar sahələrin olduqca zəif inkişafı barədə tənqidləri rədd edir, üstəlik qeyd edirlər ki, Azərbaycan yaxın illərdə qaz hasilatını da artırmaqla hələ uzun illər enerji ölkəsi kimi qalacaq.

Bu polemikalar başqa bir söhbətin mövzusudur. Hələlik, ABŞ-ın Enerji İnformasiyaları Administrasiyasının məlumatına əsasən Azərbaycanın dünyada neft hasillatına görə yerinə dair infoqrafikanı təqdim edirik.

Bu məlumata görə 2012-ci ildə neft istehsalında dünyanın birinci ölkəsi Səudiyyə Ərəbistanıdır. Bu ölkədə gündə 11 725 barrel neft çıxarılır. Ondan sonrakı yerləri ABŞ və Rusiya tutur.

Azərbaycan isə bu siyahıda 22-ci sırada qərarlaşıb. Amma bu hələ 2012-ci ilin məlumatıdır. 2013-cü ildə hasilatda cüzi artım olsa da ümumi tendensiya qarşıdakı illərdə Azərbaycanında neft hasilatının azalacağından xəbər verir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG