Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:54

Azərbaycan BMT-nin sessiyasında əlillərlə bağlı məruzə edəcək


-
Aprelin 1-dən 2-dək hökumət və qeyri-hökumət qurumlarının təmsilçilərindən ibarət nümayəndə heyəti Cenevrədə BMT-nin Əlilliyi Olan Şəxslərin Hüquqlarının Müdafiəsi üzrə Komitəsinin 11-ci sessiyasında iştirak edəcək. Sessiyada əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan hökuməti adından “Əlillərin hüquqları haqqında” BMT konvensiyasının müddəalarının icrası sahəsində gördüyü işlərə dair ilk məruzə təqdim edəcək.

Martın 27-də bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Məlumatda deyilir ki, “Azərbaycanda əlilliyi olan şəxslərin maddi və mənəvi tələbatlarının ödənilməsi, onların reabilitasiyası və cəmiyyətə inteqrasiyası məqsədilə müvafiq işlər aparılır. Eyni zamanda əlilliyi olan şəxslərlə bağlı milli qanunvericiliyin qeyd olunan konvensiyaya uyğunlaşdırılması üçün “Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni qanun layihəsi hazırlanıb. Konvensiyada əksini tapan müddəaların həyata keçirilməsi məqsədilə “Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət Proqramı”nın layihə sənədi isə müvafiq təşkilatlarla birgə müzakirə mərhələsindədir”.

Azərbaycan “Əlillərin hüquqları haqqında” konvensiyaya və onun fakultativ protokoluna 2008-ci ildə qoşulub. Konvensiya bütün əlil insanların insan hüquqlarından və əsas azadlıqlarından tam və bərabər imkanlarla yararlanmasına təkan verilməsini, bunun müdafiə və təmin edilməsini, əlillərə cəmiyyətin digər üzvləri ilə bərabər imkanların yaradılmasını, onlarla bağlı ayrı-seçkiliyə yol verilməməsini, həmin şəxslərin ləyaqətinə hörmətlə yanaşılmasını nəzərdə tutur.

Günün bütün mövzuları

XS
SM
MD
LG