Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:21

Səfirlik: Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir


Ukrayna bayrağı
Ukrayna bayrağı
-
Martın 27-də Azərbaycanın Ukraynadakı səfirliyi bəyanat yayıb.

Bəyanatda deyilir: “Azərbaycan Respublikasının Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını dəstəkləyən mövqeyi dəyişməz olaraq qalır. Azərbaycan tərəfi ekstremizm, radikalizm və separatizmin istənilən formalarını pisləyir və beynəlxalq sülh və təhlükəsizliyin, o cümlədən BMT-yə üzv dövlətlər arasındakı münasibətlərin özəyini təşkil edən suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə dönməz bağlılığını bir daha təsdiqləyir. Azərbaycan BMT üzv-dövlətləri arasında mövcud bütün münaqişələrin yuxarıda qeyd olunan prinsiplər əsasında siyasi dialoq vasitəsilə həllinin tərəfdarıdır.

BMT Baş Assambleyasının 27 mart 2014-cü ildə Ukraynadakı vəziyyətlə bağlı keçirəcəyi iclasda Azərbaycan Respublikası Ukraynanın suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünün dəstəklənməsi barədə qətnamə layihəsinin müzakirəsində Ukraynanın mövqeyini dəstəkləyəcək”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG