Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 15:06
-
New York Times: “Rusiyanın Ukraynaya sürətli müdaxiləsi 20-ci əsrdə Amerikanın xüsusi marağında olan regiona diqqəti artırtmağə tələb edir.”

“Barack Obama problemi həll etmək üçün Şərqi Avropada qoşunların sayını bir qədər artırmaq, enerji təhlükəsizliyini gücləndirmək, Avropa ilə yeni ticarət sazişləri haqda danışıqlara başlamaq qərarını verdi.”

“Ancaq sözləri resurslarla təmin etmək çətindir. ABŞ-ın hazırda Avropada qoşunları həmişəkindən azdır. Enerji bağlarını qurmağa illər lazımdır. Onun öz partiyasının üzvləri yeni ticarət sazişlərində tələsməyin əleyhinədirlər”.


Wall Street Journal Europe: “Dünya Bankı bildirir ki, Krım böhranı dıərinləşsə, Rusiyanın Ümumi Daxili Məhsulu 2014-cü ildə 1,8 faiz düşəcək”.

“Dünya Bankı xəbərdarlıq edir ki, Qərbin Moskvaya təzyiqi çox böyük ehtimalla, Rusiya iqtisadiyyatını bu il tənəzzülə və nəhəng kapital axınına aparacaq”.

Foreign Policy: “ Obama hökuməti Rusiyanı diplomatik və iqtisadi cəhətdən təkləmək üçün cəhdlərini davam edir, ancaq başqa yollar da var”.

"Ticarət Nazirliyinin Sənaye və Təhlükəsizlik Büropsu Rusiyaya lazerlər, partlayıcı maddələr kimi malların satışını dayandırıb. Bu sahədə Rusiya ilə ticarətin dövriyyəsi ildə 800 milyon dollardan 1 milyard 500 milyon dollara kimi idi."

"Nazirlik Rusiyaya hərbi xidmətlər və müdafiə ilə bağlı bütün xidmətlərin göstərilməsini dayandırıb."
Ukrayna

Ukrayna


Financial Times: "Ukrayna böhranı dünya taxıl bazarında qorxu yaradıb. Bu qorxunu dünyanın ən böyük taxıl ixracatçısı olan ABŞ-da havaların soyuq keçməsi daha da gücləndirib.

Fevraldan bəri dünya bazarlarında taxıl 20 faiz bahalanıb.

Təhlilçi Chris Gadd deyir: “Taxılın qiymətlərini hazırda iqtisadi amillər yox, qorxu idarə edir”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG