Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:31
-

“Türkiyədə sosial media çox güclüdür. Onu necə durdura bilərsiniz? Rəqəmsal zamanədə tətbiqi mümkün olmayan yasaqlar qoyula bilməz”.

Ünlü yazıçı Elif Şafak bunu “La Repubblica” qəzetinə, Türkiyə hökumətinin “Twitter”i qadağan etməsinə münasibət bildirərkən deyib.

Yazıçı bildirib ki, Türkiyənin demokratiya, mətbuat azadlığı, hakimiyyət bölgüsü, hüququn aliliyi kimi dəyərləri təcili və tam şəkildə qavramasına ehtiyac var.

Onun fikrincə, türklər bir-biri ilə yad planetdən gəlmiş kimi davranan qızğın bir millət halına gəliblər.

Ölkə mədəni gettolara bölünüb. Kəskin qütbləşmə problemi mövcuddur, parçalanma gedir.

“Demokratiya, sadəcə, sandıqda olan bir şey deyil. Demokratiya bir mədəniyyətdir. Biz də bunu tələb edirik” – deyə yazıçı fikrini yekunlaşdırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG