Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:53

Salam Qədirzadənin "46 bənövşə"si yenidən çap edildi


-

"Qanun" nəşriyyatının yenidən çap etdiyi Salam Qədirzadənin “46 bənövşə”si sovet dövründə Azərbaycanda ən populyar əsərlərdən olub.

Günlərin bir günü Mənzərə adlı bir xanım yazıçının çalışdığı redaksiyaya gəlir və yazıçıya əkiz bacısı, yazıçı olmaq arzusu ilə gündəliklər yazan Könülün iki dəftərini gətirir və bu dəftərlərə baxmasını, fikir bildirməsini xahiş edir.

Böyük fransız yazıçısı və filosofu Alber Kamünün “...Var olmaq, yaşamaq, ölümә doğru getmәk demәkdir. Ölüm maһnının son sözüdür. Biz, necə deyәrlәr, ölüm cәzasına mәһkum olunmuş, ancaq һökmü nә vaxt vә һarada yerinә yetirilәcәyini bilmәyәn, yoldaşlarının isә hәr gün edam edildiyini görәn kimsәsiz insanlarıq” epiqrafı ilə başlayan gündəliklər olduqca maraqlı dildə qələmə alınıb.

Sovet gəncliyini, o illərin sevgi və iztirablarını, gəncliyin əyləncə və məşğuliyyətlərini anlamaq üçün bu əsər olduqca maraqlıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG