Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 23:56

Vasif Talıbovun oğlu elmi ad almağa hazırlaşır


-
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun oğlu Seymur Talıbov alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etməyə hazırlaşır.

Bu barədə modern.az saytına Ali Attestasiya Komissiyasından məlumat verilib.

Seymur Talıbovun fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Ali Attestasiya Komissiyasında müdafiə etməyə hazırlaşdığı elmi iş «Regional enerji təhlükəsizliyinin beynəlxalq hüquqi problemləri» adlanır.

Dissertasiya işində Xəzər regionunda enerji təhlükəsizliyi məsələlərindən bəhs olunur.

Seymur Talıbov hazırda Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin Beynəlxalq münasibətlər kafedrasında baş müəllim vəzifəsində çalışır. O, həmçinin hakim Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının üzvüdür.

Günün bütün mövzuları

XS
SM
MD
LG