Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:58

Əfqanıstanda xidmət keçən Azərbaycan hərbçilərinin sayı açıqlanıb


Azərbaycan sülhməramlıları
Azərbaycan sülhməramlıları
-
Hazırda Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (ISAF) tərkibində həyata keçirilən əməliyyatlarda Azərbaycan ordusunun 94 hərbçisi iştirak edir.

Bu barədə Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Silahlı Qüvvələrinin 22 nəfərlik sülhməramlı tağımı Əfqanıstanda 2002-ci ildən fəaliyyət göstərməyə başlayıb. 2009-cu ildə Milli Məclis sülhməramlı kontingentin artırılması barədə qərar qəbul edib və onların sayı 90 nəfərə çatdırılıb. 2010-cu ilin oktyabrında Əfqanıstana əlavə olaraq 2 hərbi həkim və 2 mühəndis-istehkam ixtisası üzrə zabit göndərilib.

Azərbaycan sülhməramlıları Əfqanıstandakı fəaliyyətini 2009-cu il fevralın 19-dan etibarən Türkiyə taboru tərkibində davam etdirir.

Bölüyün şəxsi heyəti Kabil şəhərində yerləşən televiziya qülləsini, ISAF-ın mərkəzi silah-sursat anbarının təhlükəsizliyini qoruyur və patrul xidmətini həyata keçirir.
XS
SM
MD
LG