Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:50

ABŞ və Avropa Birliyi Rusiyaya qarşı birgə təzyiqləri gücləndirir


Jose Manuel Barroso, Barack Obama və Herman Van Rompuy - Brüssel, 26 mart 2014
Jose Manuel Barroso, Barack Obama və Herman Van Rompuy - Brüssel, 26 mart 2014
-
Brüsseldə səfərdə olan ABŞ prezidenti Barack Obama bu mövzuda Avropa Birliyi liderləri ilə müzakirələr aparıb.

Martın 26-da Obama Avropa Birliyinin prezidenti H.V.Rompuy və Avropa Komissiyasının prezidenti J.M.Barroso ilə keçirdiyi brifinqdə bildirib ki, Rusiya indiki kimi davam etsə, ona qarşı sanksiyalar sərtləşdiriləcək. Onun fikrincə, bunun Rusiya iqtisadiyyatı üçün mənfi nəticələri olacaq və Rusiya tək qalacaq.

Obamanın çxıışı

Obama Belçikanın BOZAR incəsənət sarayında çıxış etdi: «Rusiya Krımdan hərbi güclə çıxarılmayacaq»


Barack Obama ABŞ-la Avropa Birliyi arasında güclü əlaqələr olduğunu və bunun Rusiyanın Krımdakı hərəkətlərindən sonra daha da möhkəmləndiyini qeyd edib.

Rusiya Ukraynanın Krım Muxtar Respublikasını və Sevastopol şəhərini zəbt edib özünə birləşdirməsinə görə sərt beynəlxalq təcridlə üzləşir. ABŞ və Avropa Birliyi artıq Moskvaya qarşı sanksiyalar tətbiq etməyə başlayıb. Yüksəkvəzifəli Kreml rəsmiləri və banklar viza qadağası və iqtisadi sanksiyalara məruz qalıb. Qərb xəbərdarlıq edir ki, Moskva Ukraynada vəziyyəti gərginləşdirmək istiqamətində əməllərindən əl çəkməsə, qadağalar daha da sərt olacaq.

Rusiya isə Krımda yaşayan rusdilli əhalinin müdafiəsi üçün tədbirlər gördüyünü, «Krım yarımadası tarixi Rusiya ərazisi olduğu üçün» özünə birləşdirdiyini deyərək sanksiyaların onu bu yoldan çəkindirməyəcəyini bildirir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG