Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:46

Qarabağ əlillərinin problemi həll olundumu? [Video]


-
«Qarabağ Qaziləri» İctimai Birliyinin sədr müavini Firudin Məmmədov Qarabağ əlillərinin həll olunan və olunmayan problemlərindən danışır.

Mövzu ilə əlaqədar oxu: Etimad Əsədov: «Təklif etdik ki, hər bir əlil 450-500 manat təqaüd almalıdır»

«Əlillərin ən əsas problemi fiziki məhdudiyyətləri və bundan törəyən gündəlik məsələlərdir. Zaur Həsənovun özünü yandırmağından sonra biz Qarabağ əlillərinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün təkliflər hazırlayıb prezidentə göndərdik. Bir çox məmurlarla görüşdük. Biz beş təklif irəli sürmüşdük. Birinci-əlillərin pensiya və müavinətlərinin artırılması, ikinci-əlillərin özlərinə və ailə üzvlərinə tibbi sığortanın verilməsi, üçüncü - əlillərə kommunal güzəştlər edilməsi, dördüncü-onların özlərinin və övladlarının təhsil haqqından azad edilməsi, beşinci-əlillərin problemlərinin aradan qaldırılması ilə məşğul olan xüsusi komissiyanın yaradılması idi...».

«Təkliflərin həyata keçirilməsi ilə bağlı müəyyən addımlar atıldı. Prezidentin fərmanı ilə əlillərə verilən prezident təqaüdləri artırıldı. Onların pensiyalarının artırılması da gündəmdədir. Yaxın gələcəkdə pensiyaların üzərinə ünvanlı sosial yardım və ya başqa bir şəkildə məbləğ əlavə olunacağı gözlənilir. Bundan əlavə, təhsil haqqı məsələsi də həllini tapıb. Əlillərin övladlarının təhsil haqları dövlət tərəfindən ödəniləcək...».

«Digər məsələlər də parlamentdə müzakirəyə çıxarılacaq. Təkcə əlillərin deyil, digər vətəndaşların da tibbi sığorta məsələsi həll edilməyib. Yəqin ki, əlillərə tibbi sığortanın verilməsi daha sürətlə həyata keçiriləcək. Komissiyanın yaradılmasını təklif etməkdə məqsədimiz budur ki, əlillərin problemləri ilə məşğul olan konkret bir qurum olsun. Çünki əlillər ən müxtəlif problemlərlə rastlaşırlar. Bu gün konkret bir orqan yoxdur ki, əlillər oraya müraciət etsin. Ancaq ən əsası budur ki, əlillərin problemlərinin aradan qaldırılması üçün prezident səviyyəsində addımlar atılmağa başlayıb...».

Şərhləri göstər

XS
SM
MD
LG