Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:52

«Ən sadəlövh prezident»


-
Nyu York Times: “Rusiya təhlükəsi nə qədər böyükdür?”

Qəzet yazır ki, ABŞ prezidentliyinə namizəd olmuş Mitt Romney Rusiyanı “ABŞ-ın 1 saylı geosiyasi düşməni” adlandırırdı və tələb edirdi ki, Obama da eyni qiyməti versin.

Obama öz qiymətini Haaqada verdi. Nüvə Təhlükəsizliyi sammiti vaxtı Obama Rusiyanı “regional güc “ adlandırdı, yəni dünya gücü yox. Obama onu da dedi ki, Rusiya qonşularına təhlükədir, yəni ABŞ-a yox.

Obamanın verdiyi qiymət daxildəki rəqiblərini razı salırmı?

Nyu York Times yazır ki, 2008-ci ildə prezidentliyə namizəd olmuş senator McCain Obamanı ABŞ tarixində ən sadəlövh prezident hesab edir. Romney bazar günü CBS televiziyasındakı çıxışında McCainin fikrini təkrarlayıb ki, Rusiyaya münasibətdə Obama sadəlövhdür.

Haaqada çıxış edən Obama isə əksini fikirləşir. O deyib: “ Rusiyanın hərbi gücə əl atması, beynəlxalq qanunları pozması faktı Rusiyanın nüfuzunun azalmasını göstərir, artmasını yox”.

****

Washington Post qəzeti yazır ki, Rusiya Avropanın qaza ehtiyacının 22 faizini ödəyir. Buna görə düşünürlər ki, Qərb Rusiyanı cəzalandırsa, o da qazı kəsə bilər. “Putin yenə uddu? Ola bilsin ki, yox.”

Qəzet Avropanın qaz ehtiyaclarını və təchizat yollarını təhlil edərək bu nəticəyə gəlir ki, Putinin qaz silahında blef, gözə kül üfürmə çoxdur.

“Rusiyanın qazı kəsməsi Qərbi qorxutmamalıdır. Bu təhlükə həddən artıq şişirdilir”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG