Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:32
-
Rusiya hərbçiləri Ukraynanın Krımdakı son gəmisini tutublar. Ukrayna mediasının yazdığına görə, “Çerkassı” hərbi gəmisinin tutulması bir neçə saat çəkib. Əvvəlcə bu işə Rusiya gəmiləri başlayıb, daha sonra əməliyyata iki vertolyot da qoşulub.

Gəmi manevrlər edərək hücum edənlərin gəmiyə düçməsinə imklan verməyib. Hücum zamanı iri kalibirli pulemyotlardan suya atəş açılıb. Buna cavab olaraq ukraynalı dənizçilər havaya atəş açıblar. Daha sonra gəmiyə qumbara atılıb. Partlayış nəticəsində gəminin əsas idarəetmə aparatı sıradan çıxıb və bundan sonra Rusiya xüsusi təyinantlıları gəmiyə giriblər.

Hadisə zamanı ekipaj üzvlərinin xəsarət almadığı bildirilir. «Ukrayskoy pravda»nın yazdığına görə, "Çerkassı" gəmisinin kapitanı rus hərbçilərinin gəmini təhfil vermək əmrini 3 gün rədd edib.

İndiyə qədər Rus hərbçilərinin bir neçə Ukrayna gəmisini batırdığı sularda dayanmadan hərəkət edib, mühasirəni yarmağa cəhd edib.

Krımdakı Ukrayna hərbi hissələrinin və gəmilərin əksəriyyəti Rusiya hərbçilərinin nəzarətindədir. Əsir götürülmüş onlarla ukraynalı hərbçinin taleyindən heç bir məlumat yoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG