Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:32

Rusiyada Orxan Zeynalovun işiylə bağlı istintaq yekunlaşıb


Orxan Zeynalov
Orxan Zeynalov
Ötən ilin oktyabrında Moskvada Rusiya vətəndaşı Egor Sherbakovun qətlində ittiham olunan Azərbaycan vətəndaşı Orxan Zeynalovun işi ilə bağlı istintaq başa çatdırılıb.Bu barədə «RİA Novosti» agentliyi məlumat yayıb.Hazırda müdafiə tərəfi istintaq materialları ilə tanış olurlar.

Xatırladaq ki, oktyabrın 10-na keçən gecə törədilən bu qətldən sonra Moskvanın qərbi Biryulyovo rayonunda kütləvi iğtişaşlar baş verdi, miqrantlarının ticarət obyektləri dağıdıldı və bu hadisələr zamanı təxminən 400 nəfər saxlanıldı.Bundan sonra isə Rusiyada miqrantlara qarşı kütləvi reydlər keçirildi , yüzlərlə adam ölkədən çıxarıldı.
XS
SM
MD
LG