Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:57

Kabildə törədilən hücumda 4 nəfər ölüb


Kabildə hücum
Kabildə hücum
Əfqanıstanın paytaxtı Kabildə seçki komissiyasının ofisinə edilmiş hücumda azı 4 nəfər ölüb.

Polisin məlumatına görə, əvvəlcə 2 intiharçı özünü partladıb, sonra isə 5 yaraqlı ofisə hücum edib və bundan sonra atışma gedib.

Ölənlərdən 2-si polis, 1-i əyalətdən olan namizəd, biri isə ofisin işçisidir.Həmçinin atışmada yaraqlıların 5-də öldürülüb.

Aprelin 5-də Əfqanıstanda prezident seçkisi keçiriləcək.Taliban seçkini pozmaqla hədələyir.
XS
SM
MD
LG