Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:19

Bakı-Qazax yolunda ağır yol qəzası baş verib, ölənlər var


Bakı-Qazax yolunda ağır yol qəzası baş verib.

Şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə bu gün saat 14:30 radələrində yolun Ucar rayonu ərazisindən keçən hissəsində baş verib.Yanacaq daşıyan yük maşını «Mercedes» markalı və daha bir neçə minik maşını ilə toqquşub, daha sonra idarəetməni itirərək aşıb.Nəticədə, bir nəfər ölüb, bir neçə sərnişin ağır xəsarət alıb.

Yanacaq daşıyan maşın yolun ortasına aşdığından yolda hərəkət məhdudlaşıb və yanacaq yola dağılıb.Partlayış təhlükəsinə görə insanlar ərazidən uzaqlaşdırılıb.
XS
SM
MD
LG