Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:36

Ukrayna millətçilərinin liderlərindən biri öldürülüb


Oleksandr Muzychko

Oleksandr Muzychko

-
Martın 24-də Ukraynanın millətçi «Sağ sektor» hərəkatının liderlərindən biri Oleksandr Muzychko xüsusi əməliyyat zamanı öldürülüb.

Onun ölümü haqda xəbəri ilk olaraq «facebook»da Ali Radanın deputatı Oles Doniy yayıb. O, hadisəni belə təsvir edir:

«İki maşın Oleksandr Muzychko-nun avtomobilinin qarşısını kəsib. Onu içəridən çıxararaq öz avtomobillərinə oturdublar. Daha sonra əlləri qandallanmış şəkildə yerə ataraq ürəyindən iki güllə vurublar».

Ukrayna rəsmiləri isə bildirir ki, Oleksandr Muzychko-nu polis saxlamaq istədiyi vaxt atışmada öldürüb.

«Sağ sektor»un ziddiyyətli fiqurlarından olan Oleksandr Muzychko bir videoda prokurorun yaxasından yapışırdı, Ukraynaya xidmət etməyə çağırırdı. Digərində isə «Kalaşnikov» avtomatı ilə şəhər rəhbərliyinə necə işləməyi öyrədirdi.

Çeçenistan müharibəsində vuruşmuş Muzychko-nu 1994-1995-ci illərdə 20 Rusiya əsgərinə işgəncə vermək və öldürmək ittihamı ilə Rusiya beynəlxalq axtarışa vermişdi.

Şərhləri göstər

XS
SM
MD
LG