Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:09
-
2014-cü ilin ilk 3 ayında Bakıda yol-nəqliyyat qaydasının pozulması ilə bağlı 142 min 175 inzibati protokol tərtib olunub. Bu barədə AzadlıqRadiosuna Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə, ötən 3 ayda 188 qəza olub, nəticədə 57 nəfər ölüb, 199 nəfər xəsarət alıb. Vaqif Əsədov bildirib ki, təhlükəsizliyi təmin etmək üçün bayram günlərində yol polisi gücləndirilmiş iş rejimində çalışıb, martın 19-dan 24-nə kimi keçirilən reydlərdə 11 min 367 yol nəqliyyat pozuntusu aşkarlanıb. Bunlardan 379-u avtomobili sərxoş halda idarə edənlər olub.

Vaqif Əsədov ötən 3 ayda aşkarlanan yol-hərəkəti pozuntularından danışıb. Bildirib ki, bu ərəfədə 1908 sərxoş halda nəqliyyatı idarə etmə, 395 qəza şəraiti yaratma, 1745 qırmızı işıqda keçmə, 15 min 699 ötmə manevri, yol ayrıcı qaydalarının pozulması, 882 sürət həddini aşma, 89 xuliqanlıq, 1057 sənədsiz, 208 dövlət nömrə nişanı olmadan avtomobil idarə etmə, 768 hal pərdə və pilyonkalardan istifadə etmə və digər hallar aşkarlanıb. Vaqif Əsədov 3 ayda 35 min 112 piyadanın cərimələndiyini söyləyib. Əlavə edib ki, piyadalara qaşrı reydlərin gücləndirilməsindən sonra 2012-ci ildə piyadaların vurulması halı 52 faiz idisə bir ilə bu göstərici 48 faizə qədər enib.

Piyadalara qarşı cərimələr 20 manatdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG