Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:51
-
Şərq Qapısı - 21.03.2014

2014-cü ilin yanvar-fevral ayları üzrə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı

...2014-cü ilin yanvar-fevral aylarında muxtar respublikada 11 milyon 963 min manatdan çox kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur ki, bu da 2013-cü ilin müvafiq dövründəki göstəricini 3,3 faiz üstələmişdir. Cari ilin yanvar-fevral aylarında muxtar respublikada 3 min ton ət (diri çəkidə), 4,7 min ton süd istehsal edilmiş, 2013-cü ilin yanvar-fevral ayları ilə müqayisədə ət istehsalı 3,3 faiz, süd istehsalı 0,3 faiz artmışdır.
* * *
Cari ilin yanvar-fevral aylarında muxtar respublikada əhalinin gəlirləri 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,3 faiz artaraq 231 milyon 939 min manat, onun hər bir nəfərə düşən həcmi isə 1,4 faiz yüksələrək 532,1 manat təşkil etmişdir.

* * *
Aparılan məqsədyönlü iqtisadi siyasət muxtar respublikada əhali rifahının davamlı yüksəlişinə əsaslı zəmin yaratmışdır. 2014-cü ilin yanvar-fevral aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği 377 manat təşkil etmiş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,5 faiz artmışdır.

* * *
1 mart 2014-cü il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 25452-yə çatmışdır ki, bunun da 22515-i və ya 88,5 faizi aktiv hesablardır. 2014-cü ilin yanvar-fevral ayları ərzində açılmış 5300 bank hesabının 5245-i və ya 99 faizi aktiv hesablardır.

* * *
2014-cü ilin yanvar-fevral aylarında muxtar respublikada fəaliyyət göstərən müəssisə və təşkilatlar, fiziki şəxslər tərəfindən xarici dövlətlərlə aparılan ticarət əməliyyatları nəticəsində 56 milyon 19 min Amerika Birləşmiş Ştatları dolları həcmində xarici ticarət dövriyyəsi yaranmışdır. İxracın həcmi son bir il ərzində 3,4 faiz artaraq 35 milyon ABŞ dollarını ötmüş və xarici ticarət üzrə 14 milyon ABŞ dollarından artıq həcmdə müsbət saldo yaranmışdır.

* * *
2014-cü ilin yanvar-fevral aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 6 milyon 856 min manata yaxın həcmdə kreditlər verilmişdir.
XS
SM
MD
LG