Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:52

Bakıda MDB ölkələri Baş Qərargah rəisləri komitəsinin iclası keçiriləcək


-
Aprelin 7-8-də Bakıda MDB ölkələri Baş Qərargah rəisləri Komitəsinin iclasının keçirilməsi planlaşdırılır. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

İlk dəfə olaraq Azərbaycanda keçiriləcək iclasda MDB ölkələrinin Baş Qərargah rəisləri iştirak edəcəklər.

Hazırda Azərbaycan Müdafiə Nazirliyi MDB-nin üzv-dövlətləri Müdafiə Nazirləri Şurasının və Baş Qərargah rəisləri Komitəsinin iclaslarında iştirak edir. MDB Müdafiə Nazirləri Şurasının iclasları 2001-ci və 2006-cı illərdə Bakıda keçirilib.
XS
SM
MD
LG