Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:50

Bakıda sol-marksist jurnal çap edilib


-
Azərbaycan dilində ilk dəfə Marksist fikir məktəbini və ümumilikdə sol yanaşmanı əhatə edən jurnal – XI TEZIS jurnalı çap edilib.

Jurnal Azərbaycanda və dünyada inkişaf edən sosial-iqtisadi proseslərə “sol” yanaşmanı təqdim etməyi qarşısına məqsəd qoyub.

İlk buraxılışın mövzusu “Marksın Qayıdışı” adlanır və XIX əsrdə yaşamış alman filosof və nəzəriyyəçi Karl Marksın mülahizələrinin son dövrlərdə beynəlxalq müstəvidə baş verən iqtisadi və siyasi hadisələr fonunda aktuallaşması ilə əlaqədar mövzuları əhatə edir.

Tarix, iqtisadiyyat, antropologiya, sosiologiya, mədəniyyət və fəlsəfə bölmələrindən ibarət olan jurnalında Azərbaycanda sol hərəkatların tarixi, istehlak cəmiyyəti və yadlaşma, qlobal maliyyə böhranı və digər yazılar yer alıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG