Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:54
-

Yazıçı Alice Munro-nun “Ədəbiyyat Nobel”i alması şərəfinə vətəni Kanadada xüsusi 5 dollarlıq gümüşü sikkələr buraxılıb.

Kanada Kral Sikkəxanasında keçirilən təqdimat mərasiminə yazıçı özü də qatılıb.

Gümüşü sikkənin böyük modeli ilə yanaşı əyləşib.

Kanadanın Nobel mükafatı qazanan ilk qadın yazarının şərəfinə ümumilikdə 7500 ədəd belə sikkə buraxılacaq.

Bundan başqa Kanada Kral Sikkəxanası yazıçının adını daşıyan fonda 10 min dollar yardım edəcək.

A.Munro isə həmin pulların “Writers’ Trust of Canada” təşkilatına köçürülməsinə qərar verib. Təşkilat kanadalı yazarlara dəstək verir.

“Writers’ Trust of Canada” 1986-cı ildə A.Munronu hekayə toplularına görə mükafata layiq görmüşdü. Həmin mükafatın da dəyəri 10 min dollar idi.

Yazıçının şərəfinə buaxılan 5 dollarlıq gümüş sikkələrin satış qiyməti 69.95 dollardır. News1130

News1130

Günün bütün mövzuları

XS
SM
MD
LG