Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:25

​İlham Əliyev Haaqada həmsədrlərlə görüşüb


Prezident İlham Əliyev Hollandiyada həmsədrlər lə görüşərkən, 24 mart 2014
Prezident İlham Əliyev Hollandiyada həmsədrlər lə görüşərkən, 24 mart 2014

Prezident İlham Əliyev martın 24-də Haaqada Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqlara vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrləri Igor Popov (Rusiya), James Warlick (ABŞ) və Jacques Faure (Fransa) ilə görüşüb. Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Andrzej Kasprzyk də iştirak edib.

Bu barədə prezident.az saytı məlumat verir.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev Haaqada Hollandiya Senatının üzvü Rene Van Der Linden ilə görüşüb. Rəsmi məlumata görə görüşdə iki ölkə arasında siyasi, iqtisadi, biznes və digər sahələrdə uğurlu əməkdaşlıq qurulduğu vurğulanıb, xüsusilə Azərbaycanın “ADA” Universiteti ilə Hollandiyanın Maastrixt Universiteti arasında əlaqələrin inkişafından razılıq ifadə olunub.

Azərbaycan prezidenti Haaqada Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukiya Amano ilə də görüşüb. Yukiya Amano görüşdə radioaktiv tullantıların təmizlənməsi sahəsində əlaqələrin genişləndirilməsi üçün yaxşı potensialın olduğunu bildirib.

Prezident İlham Əliyev isə Ermənistanda seysmik zonada yerləşən və artıq köhnələrək müasir standartlara cavab verməyən Atom Elektrik Stansiyasının fəaliyyətinin bütün region üçün ciddi təhlükə doğurduğunu diqqətə çatdırıb.

Azərbaycan və Ermənistan prezidentləri martın 24-ü və 25-də Hollandiyada keçirilən nüvə təhlükəsizliyinə dair beynəlxalq sammitdə iştirak üçün Haaqada işgüzar səfərdədirlər.
Ermənistan prezidenti Serzh Sarkisian (ortada) həmsədrlərlə görüşdə. 24 mart 2014
Ermənistan prezidenti Serzh Sarkisian (ortada) həmsədrlərlə görüşdə. 24 mart 2014


Həmsədrlər martın 24-də Haaqada səfərdə olan Ermənistan prezidenti Serzh Sarkisian-la da görüşüblər. Ermənistan prezidentinin mətbuat xidməti görüşdə Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinin hazırkı vəziyyəti və atıla biləcək gələcək addımların müzakirə edildiyini xəbər verir.

Ermənistan prezidenti həmçinin Hollandiyanın Baş naziri ilə görüşüb, bu ölkə ilə informasiya texnologiyaları, dərman sənayesi, kənd təsərrüfatı, yolların tikintisi sahəsində perspektiv əməkdaşlıq istiqamətlərini müzakirə edib.

Serzh Sarkisian-ın Hollandiyadakı erməni icmasının nümayəndələri ilə də görüşü nəzərdə tutulur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG