Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:13

QAT ATƏT-in Bakı Ofisi qarşısında aksiya keçirib


-
Qarabağ Azadlıq Təşkilatı ATƏT-in Bakı ofisi qarşısında aksiya keçirib. Bu barədə AzadlıqRadiosuna təşkilatın sədri Akif Nağı məlumat verib. Akif Nağı bildirir ki, onlar Minsk qrupunun fəaliyyətsizliyinə etiraz ediblər:

“Minsk qrupunun yaradılmasından 22 il keçir. Ancaq Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində səmərəli fəaliyyət yoxdur. 22 il kifayət qədər çox vaxtdır. Biz Minsk qrupunun fəaliyyətsizliklərinə görə Bakıda fəaliyyətlərini dayandırmağı tələb etdik”.

Aksiyada “Biz həmsədrlərə inanmırıq”, “Rədd olsun ermənipərəst Minsk qrupu”, “Minsk qrupu həmsədrlərinin turist səfərlərinə son” və başqa şüarlar səsləndirilib, aksiyanın qətnaməsi oxunub.

Qətnamədə Minsk qrupunun fəaliyyətinə son qoyulması tələb edilib. Polis sona yaxın aksiyanın qarşısını alıb.

ATƏT-in Minsk Qrupu — Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu, danışıqlarla həlli üçün yaradılıb.

Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Azərbaycan, Ermənistan, Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları, Fransa, Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveç qrupun üzvləridir.

Günün bütün mövzuları

XS
SM
MD
LG