Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:08

Mikheil Saakashvilinin adı axtarışda olanlar siyahısına salına bilər


Ukraine -- Former Georgian president Mikheil Saakashvili at a meeting with sudents in Kyiv, February 26, 2014
Ukraine -- Former Georgian president Mikheil Saakashvili at a meeting with sudents in Kyiv, February 26, 2014
-
Gürcüstan hökuməti bildirir ki, eks-prezidenti Mikheil Saakashvili prokurorluğun çağırışına məhəl qoymazsa onun adı axtarışda olanlar siyahısına əlavə ediləcək.

Mikheil Saakashvili 2005-ci ildə ölən baş nazir və digər məsələlərdə dindirilmək üçün Gürcüstan prokurorluğuna çağrılıb. Eks-prezident isə Gürcüstana qayıtmayacağını deyib.

Hollandiyadan Gürcüstanın Rustavi 2 telekanalına danışan keçmiş prezident bildirib ki, ona dindirilmə üçün gələn çağırışa əməl etməyəcək.

Mikheil Saakashvili 2-ci müddətə prezidentliyi başa çatandan sonra Gürcüstanı tərk edib.

Prokurorluq Saakashvilinin müttəfiqlərinə qarşı bir neçə ittiham irəli sürüb.
Onun tərəfdarları siyasi qisas qismində cinayət törətməkdə təqsirləndirilir.

ABŞ Dövlət Departamenti bu məsələ ilə bağlı öz narahatlığını ifadə edən bəyanat yayıb.

Departamentin sözçüsü Marie Harf bildirir ki, Gürcüstan hökümətinin bu davranışı siyasi qisas haqqında narahatlıqları artırır.
XS
SM
MD
LG