Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:47
-
Bazar ertəsi Rusiya qoşunları Ukraynanın Feodosiya şəhərindəki hərbi dəniz qüvvələrinə hücum edib. Bu barədə Ukraynanın müdafiə nazirliyinin sözçüsü məlumat verir.

Hücumda atəş açıldığı bildirilsə də, xəsarət alanların olmadığı deyilir.

Ukraynanın Krımdakı hərbi sözçüsü bildirir ki, Rusiya qoşunlarına hərbi helikopterlərlə yardım göstərilirdi.

Rusiya Krımda hərbi bazaları nəzarətə alıb və həftəsonu daha 2 bazaya hücum edib.

Bazar günü Rusiyanın müdafiə naziri bildirir ki, Rusiya Belbekdə və Novofedorovkada digər bazaları da ələ keçirib. Bundan sonra Krımda 189 hərbi qurğu Rusiya bayrağı altında uçur.

Günün bütün mövzuları

XS
SM
MD
LG