Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:06
“Sumqayıtın 9-cu mikrorayonunda yaşıllıqlar məhv edilir, binaların həyətində iri marketlər, əlavə binalar tikilir”.

Sumqayıtın 9-cu mikrorayonundan Sərdar Hüseynov bunları AzadlıqRadiosunun “Qaynar xətt”inə deyir. O, yaşadığı küçədəki binaların qarşısında olan ərazilərin satılmasından narahatdır:

“İllərlə yaratdığımız yaşıllıq məhv edilib, indi yerli icra hakimiyyəti həmin əraziləri satır. Heç kəs bilmir ki, satılan yerdə nə tikiləcək. Həyətyanı sahələr satılandan sonra uşaqlarımızın oyun meydançası, istirahət yerimiz olmayacaq”.

“NƏ OYUN MEYDANÇASI, NƏ DƏ İSTİRAHƏT YERİMİZ QALMAYACAQ”

Sakinlər satışa çıxarılmış sahələrdə park salınmasını istəyirlər:

“Çünki mənzillərimizdə eyvanda yoxdur ki, təmiz hava alaq. Bundan başqa, uşaqlarımız idmanla məşğul olurlar deyə, idman meydançasına da ehtiyacımız var”.

Sumqayıt şəhər İcra Hakimiyyətindən 9-cu mikrorayondakı binaların qarşısında hansısa torpaq alverini təkzib ediblər. Bildiriblər ki, icra hakimiyyəti həmin ərazidəki qanunsuz eyvan artırmalarını ləğv edir. Binaların qarşısında yaşıllıqlar salır. Hazırda bir neçə binanın qarşısı buna görə qazılıb.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG