Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:02

İraqda onlarla qəzet jurnalistin öldürülməsinə etiraz olaraq çap olunmayıb


Bdaiwi Owaid

Bdaiwi Owaid

-
AzadlıqRadiosunun Bağdad bürosunun rəhbəri Mohammed Bdaiwi Owaid öldürülməsinə etiraz olaraq İraqda onlarla qəzet bugünkü nömrəsini çıxartmayıb.
Belə bir etiraz təşəbbüsü ilə İraqın peşəkar jurnalistlər ittifaqı çıxış edib. İttifaq həmkarlarının öldürülməsini pisləyib.
Mohammed Bdaiwi Owaid-i martın 22-də İraq prezidentinin mühafizə xidmətinin zabiti qətlə yetirib.
Hadisə prezident sarayının yaxınlığında baş verib. Azadlıq Radiosunun İraq ofisi də prezident mühafizəsinin qoruduğu ərazidə yerləşir.
Baş nazir Nouri al-Maliki Owaid-in qohumları ilə görüşdə qatili tapıb mühakimə edəcəklərinə söz verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG