Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:39

M. Saakashvili Gürcüstan prokurorluğuna ifadə verməkdən imtina edib


M.Saakashvili

M.Saakashvili

-
Gürcüstanın keçmiş prezidenti Mikheil Saakashvili ölkə prokurorluğuna ifadə verməkdən imtina edib. Keçmiş prezident martın 27-dəbir neçə cinayət işi üzrə ifadə vermək üçün prokurorluğa çağrılıb. Saakashvili imtinasını “mübarizəsini müstəqil insan kimi davam etdirmək” istəyi ilə izah edib.

Bundan öncə aparıcı “Gürcü arzusu” koalisiyasının rəhbərliyi Saakashvili-nin bir neçə cinayət işi ilə bağlı məsuliyyətə cəlb ediləcəyini istisna etmirdilər.

Hazırda Mikheil Saakashvili ABŞ-da yaşayır. Hazırda Gürcüstanda keçmiş prezidentin adı vəzifə səlahiyyətlərini aşmaq və dövlət vəsaitlərini mənimsəməklə bağlı bir neçə cinayət işində hallanır.

Mikheil Saakashvili-nin bundan öncə rəhbərlik etdiyi “Vahid milli hərəkat” partiyasından olan tərəfdarları ona ölkəyə heç bir halda geri qayıtmamağı tövsiyyə ediblər. Onlar hazırki hakimiyyəti Rusiya rəhbərliyinin göstərişi ilə Ukrayna hadisələrində fəallıq göstərdiyinə görə Saakashvili-dən qisas almaq niyyətində ittiham edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG