Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:56
-
Avropa Birliyinin ticarət məsələləri üzrə komissarı Karel De Gucht Rusiyanı Ümumdünya ticarət təşkilatı qarşısında öhdəliklərini yerinə yetirməməkdə ittiham edib.
Karel De Gucht Brüsseldə Marşal Fondunun forumunda çıxış edib. Bildirib ki, Rusiya heç də “nəhəng iqtisadiyyat” hesab olunmur. Komissar Cənubi Osetiyanı “qara dəlik” adlandırıb və Rusiyanı Gürcüstandakı qeyri-sabitləşmədə ittiham edib.

Karel De Gucht onu da qeyd edib ki, Rusiya ötən il Ermənistanla Avropa Birliyi arasında ticarət razılaşmasının imzalanmasına da əngəl olub, Yerevanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Moskvanın dəstəyindən məhrum edəcəyi ilə hədələyib.

Şərhləri göstər

XS
SM
MD
LG