Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:22

Bağdadda Azadlıq Radiosunun büro rəhbəri öldürülüb


Baghdad, Iraq -- Photo of Baghdad bureau Chief of Radio Free Iraq Mohammad Bdiwi Al-Shammari - 22MAR2014

Baghdad, Iraq -- Photo of Baghdad bureau Chief of Radio Free Iraq Mohammad Bdiwi Al-Shammari - 22MAR2014

-
Martın 22-də AzadlıqRadiosunun Bağdad bürosunun rəhbəri Mohammed Bdaiwi Owaid öldürülüb. Yazı yenilənir. Son xəbərlər yazının yuxarı hissəsində yerləşir.

Mohammed Bdaiwi Owaid-i İraq prezidentinin mühafizə xidmətinin zabiti qətlə yetirib.

Hadisə prezident sarayının yaxınlığında baş verib.

Azad İraq Radiosunun ofisi prezident mühafizəsinin qoruduğu ərazidə yerləşir.

Şahidlərin dediyinə görə, Owaid avtomobili ilə mühafizə olunan darvazadan keçəndə, onun öz maşını ilə gedən mühafizəçilərdən biri ilə mübahisəsi düşüb. Sürücülər bir-birinə yol vermək istəməyiblər. Bu zaman mühafizəçi qəfildən jurnalistə atəş açaraq qaçıb.

Ölkə prezidenti Jalal Talabani kürd olduğundan prezident kompleksinin mühafizəçiləri də hərbi kürd birləşmələrinin («peşmərgə») döyüşçülərindən seçilir.

Hadisədən bir qədər sonra Owaid-in öldürüldüyü yerdə jurnalistlərin və media fəallarının kiçik nümayişi olub.

Baş nazir Nouri al-Maliki Owaid-in qohumları ilə görüşdə qatili tapıb mühakimə edəcəklərinə söz verib.

JURNALİST ÖLDÜRÜLÜB

AzadlıqRadiosunun Bağdad bürosunun rəhbəri Mohammed Bdaiwi Owaid öldürülüb.

Hadisə martın 22-də səhər saatlarında prezident sarayından bir qədər kənarda, radionun ofisi yaxınlığında xüsusi mühafizə olunan ərazidə baş verib.

Jurnalisti hərbi mühafizəçinin öldürdüyü bildirilir.

Araşdırmalara başlanılıb.

Efirdə Hasan Rashid kimi tanınan Owaid 1993-cü ildən jurnalistikada idi. Bir neçə media qurumunda redaksiya heyətinin təsisçisi və ya rəhbəri olub.

Mohammad uşaqları ilə, Bağdad, Iraq

Mohammad uşaqları ilə, Bağdad, Iraq

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG