Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:28
-
Ötən ilin fevralından həbsdə olan Salyan rayon torpaq şöbəsinin keçmiş baş məsləhətçisi Yusif Dadaşov martın 22-də Penitensiar Xidmətin müalicə müəssisəsində vəfat edib.

Bu barədə AzadlıqRadiosuna onun yaxınları məlumat verib.

43 yaşlı Yusif Dadaşov Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin ötən ilin fevralında keçirdiyi əməliyyatda şöbə müdiri Oktay Quliyevlə birgə həbs olunmuşdu.

1 saylı Bakı istintaq Təcridxanasında saxlanan Yusif Dadaşov məhkəmədə insult keçirəndən sonra Penitensiar Xidmətin xəstəxanasında müalicə alırmış.

O, rüşvət almaqda ittiham olunurdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG