Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:24
-
“Üfunətdən bloka daxil olmaq mümkün deyil. Bina qəzalı vəziyyətdədir, qorxuruq ki, bir gün aşar, qalarıq altında”.

Söhbət Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsindəki 78/7 saylı binadan gedir. Bina sakinləri AzadlıqRadiosunun “Qaynar xətt”inə antisanitariyadan şikayət ediblər. Deyirlər, qəzalı binada yaşamaqla hər an həyatlarını təhlükəyə atmış olurlar. Bina sakini Əminə Əliyeva:

“İstismar müddəti çoxdan bitib. Gecə yatmırıq. Ayıq qalırıq ki, bir az toz qopsa, yığışıb çölə qaçaq. Hər günümüz belə keçir. Burada uşaq, qoca var. İnsan nə qədər təhlükə hiss edə-edə yaşayar?”

"XƏCALƏT ÇƏKİRİK"

Sakinin sözlərinə görə, binada yaşayanların yarısı qorxudan, yarısı da antisanitariyadan xəstəliyə tutulub:

“Binadakı tullantı sular öz qarşısına yığılır, çəkilib getmir. Qalır, ətrafı iy basır. Pəncərələri aça bilmirik. Qonaq-qara gələndə xəcalət çəkirik. İyrənc şəraitə görə heç kəs bu tərəflərə gəlmək istəmir”.

Sakin deyir, binanın vəziyyəti barədə Fövqəladə Hallar Nazirliyinin cənub regional mərkəzinə və yerli icra hakimiyyətinə də dəfələrlə müraciət ediblər.

Lənkəran şəhər icra hakimiyyətindən “Qaynar xətt”ə bildirilib ki, Zərifə Əliyeva küçəsindəki 78/7 saylı binanın vəziyyətindən xəbərdadılar. Bina təmir-bərpa olunacaq tikililərin siyahısındadır. 2014-cü il ərzində binada təmir-bərpa işləri aparılması nəzərdə tutulub. Digər antisanitariya məsələləri də abadlıq işləri zamanı aradan qaldırılacaq.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG