Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:33

Ukraynaya görə rusiyalı deputatlar AŞPA-dan çıxarıla bilər


AŞPA
AŞPA
-
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bir qrup deputatı Rusiya nümayəndə heyətinin səlahiyyəti məsələsinə baxmaq üçün qurumun aprel sessiyasına təkliflər hazırlayıb.

ITAR-TASS-ın məlumatına görə, martın 12-də hazırlanan sənədi AŞPA-nın 5 siyasi fraksiyasından olan 74 deputat imzalayıb.

Deputatlar hesab edirlər ki, Rusiyanın Ukraynaya qarşı hərəkətləri Avropa Şurasının təməl prinsiplərinin kobud şəkildə pozulmasıdır.

Deputatların təklifi baxılmaq üçün AŞPA-nın müvafiq komissiyasına təqdim olunacaq. Komissiya təklifi qətnamə halına salmalı və Rusiya nümayəndə heyətinə tətbiq olunacaq sanksiyanı dəqiqləşdirməlidir.

Assambleyada hesab edirlər ki, söhbət təkcə rusiyalı deputatların səsvermə hüququndan məhrum edilməsindən yox, hətta AŞPA-dan çıxarılmasından da gedə bilər.

AŞPA-nın yaz sessiyası aprelin 7-dən 11-dək Strasburqda baş tutacaq.
XS
SM
MD
LG