Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:59

Obama «Facebook»un rəhbəri ilə görüşüb


Prezident Barack Obama və «Facebook»un rəhbəri Mark Zuckerberg
Prezident Barack Obama və «Facebook»un rəhbəri Mark Zuckerberg
-
ABŞ prezidenti Barack Obama «Facebook», «Google» və internet texnologiyaları üzrə ixtisaslaşan daha 4 aparıcı şirkətin rəhbərləri ilə görüş keçirib.

Görüşdə əsas mövzu xüsusi xidmət orqanları texnologiyaların köməyindən istifadə etdiyi şəraitdə vətəndaşların şəxsi məlumatlarının qorunması olub.

Ağ evdən verilən məlumata görə, prezident Obama xüsusi xidmət orqanlarının vətəndaşların şəxsi həyatına müdaxilə etməsindən və bunun yaratdığı narazılıq dalğasından xəbərdardır.

Obama şirkət rəhbərlərini əmin edib ki, onun administrasiyası xüsusi xidmət orqanlarının informasiya toplaması istiqamətində islahatlar üzərində işləyir.
XS
SM
MD
LG