Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 13:06

Məşhur kino xadimlərindən Ukraynaya dəstək


Barbara Brılska Nadya rolunda, "Taleyin ironiyası, yaxud həmişə təmizlikdə" filmindən kadr
Barbara Brılska Nadya rolunda, "Taleyin ironiyası, yaxud həmişə təmizlikdə" filmindən kadr
-

Polşalı kinematoqraflar - aktyorlar, rejissorlar Ukraynaya dəstək verdilər.

Sovet İttifaqında çəkilmiş və indi də həm Rusiyada, həm də başqa keçmiş sovet respublikalarında populyar olan "Taleyin ironiyası, yaxud həmişə təmizlikdə" filmində çəkilmiş polşalı aktrisa Barbara Brılska da Ukraynaya dəstək bəyanatını imzalayanlardandır.

Eləcə də Yeji Hoffman, Andjey Vayda, Kşiştof Zanussi, Voytsex Marçevski, Eva Şikulska, Yan Novitski.

Bəyanatda deyilir ki, ağır günündə Ukrayna xalqının yanındadırlar.

"Ləyaqət, müstəqillik və sülh uğrunda mübarizə ən gözəl əməllərdəndir. Bizim heç birimiz indi Ukraynada baş verənlərə sakit baxa bilmirik. Ukraynanın azadlığı və müstəqilliyi üçün dualar edirik".

Xatırladaq ki, Rusiyanın Ukraynanın Krımı ələ keçirməsinə qarşı bir müddət qabaq Rusiya kinosunun da 150-dək nümayəndəsi çıxmışdı.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG