Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:12
-
"İkinci qrup əliləm. Uzun illərdir təkbaşına dörd uşaq böyüdürəm. Bir tərəfdən bizi günəş şüasına həsrət qoyan qonşular, bir tərəfdən də torpağımızı bizdən xəbərsiz hansısa evtikmə şirkətinə satan icra hakimiyyəti... Mübarizə aparmağa gücüm qalmayıb”.

Suraxanı sakini Ədilə Qəribova uzun illər mənzil növbəsində olmasına baxmayaraq, hələ də ona mənzil verilməməsindən, onsuz da qəzalı vəziyyətdə olan 22 kvadratmetrlik mənzilinin isə qonşuları tərəfindən daha da bərbad günə salınmasından şikayətlə

22 İL EV NÖVBƏSİNDƏ...

Onun sözlərinə görə, başına gələnlər azmış kimi, hələ üstəlik uzun illər əkin sahəsi kimi faktiki istifadəsində olmuş torpaq sahəsi də əlindən çıxmaq üzrədir.

Ədilə Qəribova deyir ki, 2007-ci ildə Suraxanı rayon İcra Hakimiyyətindən bu torpaqdan istifadə hüququnu rəsmiləşdirib. Ancaq sonradan ona məlum olub ki, torpaq sahəsi bina tikintisi ilə məşğul olan bir şirkətə satılıb:

”Ailə başçım yoxdur, uşaqlarımdan biri iflicdir. 1992-ci ildən mənzil növbəsindəyəm. Bir dəfə şam ağacı aşdı, ev qəzalı vəziyyətə düşdü, Mənzil İstismar Sahəsi hadisəni aktlaşdırmadı. Bundan başqa, 1994-cü ildə isə qonşum pəncərəmin qabağında qaraj tikməklə evimə gələn işığı “söndürdü”. Hər dəfə gəlib-gedirlər, deyirlər ki, ev özbaşına tikilidir, ona görə də təmir etmirlər”.

Ədilə Qəribova deyir ki, yerli icra hakimiyyətində uzun müddətdir ki, mənzil növbəsindədir.

"İCRA HAKİMİYYƏTİ EV TİKMİR"

Suraxanı rayon İcra Hakimiyyətindən bildiriblər ki, Ədilə Qəribovanın mənzili həqiqətən də qəzalı və antisanitariya vəziyyətində olub. Ancaq o, evinin təmir olunmasını yox, yeni mənzillə təmin olunmasını tələb edir. İcra hakimiyyəti isə uzun illərdir ev tikmir.

İcra hakimiyyətindən bildirilib ki, Ədilə Qəribovaya qəzalı evini söküb yerində başqasını tikmək təklif olunsa da, istəməyib. Yeni mənzillə təmin olunmasını tələb edib. Bu isə icra hakimiyyətinin imkanı xaricindədir.

“Evlər yalnız müharibə veteranları və əlilləri, şəhid ailələri üçün tikilir”, - icra hakimiyyətindən bildirilib.

Ədilə Qəribova yerli bələdiyyəni ona məxsus torpaq sahəsini evtikmə şirkətlərindən birinə satmaqda da ittiham edir. Bələdiyyədən isə bildirilib ki, barəsində danışılan torpaq sahəsi Ədilə Qəribova tərəfindən zəbt olunaraq qanunsuz hasarlanıb. Torpaq üzərində heç bir mülkiyyətçi hüququ olmayıb və torpaq hərrac yolu ilə başqasına satılıb.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG