Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:01

Əsgər siçovul zəhəri içərək intihar edib?


-
Martın 21-də Zaqatalanın N saylı hərbi hissəsinin əsgəri Əlisahib Kərimov rayon mərkəzi xəstəxanasına gətirilib.

Bu barədə AzadlıqRadiosuna xəstəxananın növbətçi həkimi Sevda Hüseynova məlumat verib. Onun sözlərinə görə, xəstə müayinə olunub, vəziyyəti ağır olduğundan Bakıya göndərilib.

«Kanal S» regional televiziyanın yaydığı məlumata görə, əsgər siçovul zəhəri içərək intihara cəhd edib. Amma Sevda Hüseynova bu məlumatı nə təsdiq, nə də inkar edib:

«Bu barədə heç bir şey deyə bilmərik, amma tam zəhərləməyə də oxşamırdı. Vəziyyəti ağır olduğundan biz onu Bakıya - toksikologiya mərkəzinə yazdıq, amma dəqiq hara aparıldığını bilmirik».

Bakıdakı Toksikologiya Mərkəzinə və Hərbi Hospitalla əlaqə saxlasaq da, əsgərin vəziyyəti haqda məlumatı dəqiqləşdirmək mümkün olmayıb.

Bayram günləri olduğundan Müdafiə Nazirliyindən də informasiya əldə etmək olmayıb. Amma sosial şəbəkələrdə və bəzi informasiya saytlarında əsgərin artıq öldüyü bildirilir.

1992-ci il təvəllüdlü Əlisahib Kərimov Salyan Hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.
XS
SM
MD
LG