Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:22
İranın ali dini lideri Ayatollah Ali Khamenei bəyan edib ki,Qərbin boyunduruğundan yalnız güclü millət xilas ola bilər.

Khamenei dünyanı iqtisadi azadlığa çağırıb.O Məşəddə Novruz bayramı münasibəti ilə çıxışında bildirib ki, dünyadakı fırıldaqçılar zəif millətə qara yaxacaq və təhqir edib onu ayağ altına salacaq.

Qeyd edək ki, beynəlxalq aləm nüvə proqramına görə İrana qarşı bir sıra sanksiyalar tətbiq edib.İranla son nüvə danışıqlarında müəyyən irəliləyiş olduğundan bu sanksiyaların bir qismi yüngülləşdirilib.

Qərb hesab edir ki, İran gizlicə nüvə proqramı üzərində işləyir.
Tehran ittihamı rədd edir, nüvə proqramının dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG