Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:38
-
ABŞ siyasətçiləri rəsmi Moskvanın onlara viza və bir sıra başqa sanksiyalar tətbiq etməsini fəxrlə və yumorla qarşılayıblar. Bunu AzadlıqRadiosunun Vaşinqton müxbiri Vladimir Dubinski xəbər verir.

"Nümayəndələr palatasının sədri bu siyahıya düşdüyündən qürur duyur və Putin aqressiyasına qarşı təpkilərə davam edəcəyini vurğulayır", bir müddət əvvəl Putini "quldur" adlandıran nümayəndələr palatasının sədri John Boehnerin açıqlamasında belə deyilir.

"Görünür, mən yaz tətilimi Sibirdə keçirə bilməyəcəyəm, "QAZPROM" səhmlərim itib, Moskvadakı gizli bank hesabım isə dondurulub. Buna baxmayaraq, mən Ukraynanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyünə, o cümlədən, Krıma dəstəyi heç zaman əsirgəməyəcəyəm", Arizona senatoru John McCain bəyan edib.

"Mən ailəmin yay tətilini Sibirdə keçirə bilməyəcəyindən çox məyusam, amma siyahıya düşməyimlə fəxr edirəm. Putinin son təcavüzü yolverilməzdir. ABŞ və Rusiyanın Qərb tərəfdarları onu kənarlaşdırmalı və cəzalandırmalıdırlar", İndiana ştatının senatoru Dan Coats deyib.

Rusiyanın qadağa siyahısına düşmədiklərinə görə təəssüflənənlər də az deyil. Rusiya prezidentini tez-tez tənqid edən Massaçusets ştatının konqresmeni Jim McGovern onların sırasındadır. Konqresmenin sözçüsü "Bu dəhşətli təhqirdir!", ironiya ilə bildirib.
Rəsmi Vaşinqton ABŞ administrasiyasının rəsmilərinə qarşı Rusiyanın tətbiq etdiyi sanksiyaları şərh etməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG