Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:04
-

Tanınmış yapon yazıçısı Haruki Murakami bu ilin aprelində yeni hekayə toplusunu çap etdirəcək.

"Oxu zalı" xəbər verir ki, “Qadınsız kişilər” adlanacaq kitaba 6 hekayə daxil ediləcək.

Onlardan biri də “Mənim maşınımı sür” hekayəsidir.

Həmin hekayə qalmaqala səbəb olmuş və Murakami bir neçə həftə əvvəl üzr istəməli olmuşdu.

Əsərdə baş qəhrəmanın dilindən Yaponiyanın Nakatombetsu şəhərinin sakinləri haqda xoş olmayan sözlət işlədir.

Baş qəhrəmanın oturduğu maşını gənc qız sürür. Həmin qız çəkdiyi siqaretin kötüyünü yerə atır və baş qəhrəman düşünür ki, “Nakatombetsuda yəqin hamı belə edir”.

Həmin şəhərin sakinləri bu fikrə etiraz etmiş və Murakami əsərə düzəliş etməli olmuşdu. Yeni topluya həmin hekayənin düzəliş edilən variantı salınacaq.

Murakaminin sonuncu hekayə kitabı 9 il əvvəl nəşr edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG